Ağayev: "Əminəm, anam məni cənnətdən izləyəcək"

22 May 2021 14:40 Karate 1 257
Ağayev: "Əminəm, anam məni cənnətdən izləyəcək"

"Əminəm ki, final zamanı anam məni cənnətdən izləyəcək".

Sportinfo.az xəbər verir ki, bunu Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanmış Azərbaycan karateçisi Rafael Ağayev deyib.

75 kq çəki dərəcəsində çıxış edən 36 yaşlı təcrübəli idmançı iki ay əvvəl əmisinin, ondan bir ay sonra isə anasının vəfat etdiyini xatırladıb: "Ötən il zədədən qurtulmaq üçün əməliyyat olundum.

Bu, artıq 4-cü diz əməliyyatım idi. İnsanlar məni anlamaya bilər. Amma finala vəsiqə qazandığım üçün xoşbəxtəm. Qalib gəlsəm, qələbəmi anama həsr edəcəyəm".

Ağayev karyerası haqqında bunları söyləyib: "İnsanlar qocaldığımı söyləyə bilər. Hər kəsə hörmət edirəm və bu fikirlərdən incimirəm.

Mənim üçün vacib olan öz düşüncələrimdir. Karate mənim həyatımdır. Həyatımı bu idmana həsr etmişəm".

Rafael Ağayev bu gün finalda Ukrayna təmsilçisi Stanislav Horuna ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"