Azərbaycan milli komandalarında yeni məşqçilər

4 Fevral 2021 23:20 Karate 741
Azərbaycan milli komandalarında yeni məşqçilər

Kata üzrə Azərbaycan milli komandalarının məşqçilər heyətində növbəti təyinatlar olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Para-Karate və 14-15 yaşlı kata seçmə komandalarının hazırlanması işlərinə təcrübəli idmançılar cəlb olunub.

Bundan sonra böyüklərdən ibarət kata milli komandasının üzvləri İsmayıl Quliyev Para-Karate üzrə, Tural Balcanlı isə 14-15 yaşlı yeniyetmələrin fərdi kata çıxışları üzrə köməkçi məşqçi işləyəcək.

Kata komandalarının baş məşqçisi Vahid Ayvazov, böyük məşqçisi Vüqar Kərimov, məşqçisi isə Anar Əhmədovdur.

Digər Xəbərlər
Xəbər Lenti