Premyer Liqa Bakıdan alınıb, İstanbula verildi

27 Yanvar 2021 16:40 Karate 1 381
Premyer Liqa Bakıdan alınıb, İstanbula verildi

Koronavirus pandemiyası üzündən Karate1 Premyer Liqasının təqvimində dəyişikliklər baş verib.

Bakıda təşkili planlaşdırılan, amma məlum səbəbdən baş tutmayacaq 1-ci mərhələyə İstanbul evsahibliyi edəcək.

Mövsümün ilk yarışı martın 12-14-də reallaşacaq. Ölkəmizdə keçirilməsi nəzərdə tutulan hakimlərin beynəlxalq seminarı da yarışla paralel olaraq İstanbulda baş tutacaq.

Aprelin 30-dan mayın 2-dək keçirilməli olan Lissabon mərhələsiə, ümumiyyətlə, ləğv edilib. Karateçilərin növbəti sınağı aprelin 9-11-də Mərakeşin paytaxtı Rabatda olacaq.

Daşkənd sentyabrın 3-5-də, Moskva isə oktyabrın 1-3-də analoji yarışa evsahibliyi edəcək.

Karate Tokio Olimpiadasında debüt edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 20:00 Çək və bizə göndər!
4 Yanvar 08:00 Yollar buz bağlayacaq