Premyer Liqanın yeni yeri bilindi - Bakı Kristal Zalı

15 Yanvar 2021 13:00 Karate 882
Premyer Liqanın yeni yeri bilindi - Bakı Kristal Zalı

Bakıda keçiriləcək karate üzrə Premyer Liqa turnirinin proqramı bəlli olub.

Sportinfo.az xəbər verir ki, yarışdan əvvəl karate hakimləri üçün 7-11 mart tarixlərində kurs keçiriləcək və onlardan imtahan götürüləcək.

Yarış isə 12-14 mart tarixlərində baş tutacaq. Kişi və qadın karateçilər üzrə beş kateqoriya çəki dərəcəsində döyüşlər keçiriləcək.

Kumite və kata yarışlarında qızıl medalçılar 750 avro qazanacaq. 500 avro gümüş medalçılara, 200 avro isə bürünc mükafatçılara veriləcək.

Yyarış I Avropa Oyunlarında olduğu kimi, Bakı Kristal Zalında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!