Şəhid oldu deyilmişdi: Əsirlikdən qayıdan karateçi imiş… - FOTO

16 Dekabr 2020 21:20 Karate 2 668
Şəhid oldu deyilmişdi: Əsirlikdən qayıdan karateçi imiş… - FOTO

Sportinfo.az xəbər verir ki, İkinci Qarabağ müharibəsində döyüşən idmançılarımızla bağlı statistika açıqlanıb.

"İdman" qəzetinin redaktoru Qabil Mehdiyevin açıqlamasına görə, 478 idmançımız döyüşüb.

Onlardan 54 nəfəri şəhid olub, 51-i yaralanıb, iki idmançımız isə itkin düşüb.

Q.Mehdiyevin oxu.az-a verdiyi məlumata görə, itkin düşən idmançılar kyokuşin karate növü ilə məşğul olanlar imiş. Bunlar Vəliəhəd Vəliyev və Amil Hüseynovdur.

Artıq Lənkəranın Bala Şürük kəndindən olan leytenant Vəliəhəd Vəliyevin sağ olduğu müəyyənləşib. Halbuki ötən ayın əvvəllərindən onun şəhid olduğu və ya itkin düşdüyü ehtimal edilirdi.

Belə ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumata görə, 22 yaşlı Vəliəhəd dünən Azərbaycana qaytarılan 12 əsir arasında olub.

Bundan başqa, dörd idman jurnalistimiz müharibədə iştirak edib və onlardan biri yaralanıb. Yaralanan jurnalist Şuşanın alınması uğrunda gedən döyüşlərdə qazi olmuş Daşqın Əzizovdur.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı