“Pulyığan idim, “bir nizami” qışqırırdım” - Ağayevdən etiraflar

18 May 2017 15:00 Karate 1 178
“Pulyığan idim, “bir nizami” qışqırırdım” - Ağayevdən etiraflar

Hazırda ondan avtoqraf almaq üçün dünya və Avropa çempionatlarında növbəyə düzülürlər. Azərbaycanın tanınmış karate ustası Rafael Ağayev kasıb olduğu və heç kimin onu tanımadığı keçmiş günlərindən utanmadığını bildirib.

Sportinfo.az xəbər verir ki, Rafael Ağayev keçmişini xatırlayaraq deyib: “Utanmıram və açıq deyirəm: uşaqlıqda avtobusda konduktor işləyirdim. O zaman qəbul olunduğu kimi, “bir nizami” qışqırırdım”.

“İndi hər şey qaydasındadır. Evim var. Qardaşıma da ev almışam.., – idmançı bildirib. – Mən çox az sayda yaxın qohumumla əlaqə saxlayıram. Digərlərindən kənar gəzirəm. Xasiyyətim belədir. Çempion olmadığım vaxtlar qapımı döymürdülər”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!