İquain MLS klubu ilə müqavilə imzaladı

19 Sentyabr 2020 01:52 İtaliya 480
İquain MLS klubu ilə müqavilə imzaladı

"Yuventus"dan ayrılan Qonsalo İquain karyerasını ABŞ-da davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçu MLS təmsilçisi "İnter Mayami" ilə müqavilə bağlayıb.

O, yeni klubunda 9 nömrəli formada çıxış edəcək.

İquain 2016-cı ildə 94 milyon avro qarşılığında "Napoli"dən "qoca sinyora"ya keçmişdi. 32 yaşlı futbolçu Turin klubunda keçirdiyi 149 oyunda 66 qol vurub, 16 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti