Buffon 20 il sonra “Parma”ya qayıtdı – MARAQLI VİDEO

18 İyun 2021 00:14 İtaliya 783
Buffon 20 il sonra “Parma”ya qayıtdı – MARAQLI VİDEO

"Yuventus"dan ayrılan qapıçı Canluici Buffonun yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 43 yaşlı qolkiperin "Parma"ya keçidi rəsmiləşib.

Klub təcrübəli oyunçu ilə imzalanan müqavilənin detallarını açıqlamayıb.

Canluici Buffon böyük futbolda debütünü 1995-ci ildə "Parma"da gerçəkləşdirib. O, 2001-ci ildə "Yuventus"a transfer olub.

2018/2019 mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra Turin klubuna qayıdıb. Buffon 1997 - 2018-ci illərdə İtaliya yığmasında forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada