“Atletiko” istəyirdi, 60 milyon avro qiymət qoydular

4 May 2021 10:00 İtaliya 674
“Atletiko” istəyirdi, 60 milyon avro qiymət qoydular

“Fiorentina” futbolçusu Duşan Vlahoviçin transfer qiymətini müəyyənləşdirib.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı hücumçunu heyətinə qatmaq istəyən klublar azı 60 milyon avro ödəməlidir.

Vlahoviçlə İspaniyanın “Atletiko” klubu yaxından maraqlanır. Madridlilər hücumçunu heyətinə qatmaq üçün yayda danışıqlara başlayacaq.

Serbiyalı futbolçu bu mövsüm A Seriyasında 32 oyunda 17 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti