”Mənə təminat vermişdi, nədənsə keçid baş tutmadı”

23 Noyabr 2020 21:20 İspaniya 371
”Mənə təminat vermişdi, nədənsə keçid baş tutmadı”

“Sevilya”nın müdafiəçisi Jyul Kunde “Mançester Siti”yə keçidinin baş tutmaması haqda danışıb.

Sportinfo.az xəbər verir ki, fransız müdafiəçi keçiddə maraqlı olduğunu bildirib.

O, Qvardiola ilə söhbət etdiyini də qeyd edib: “Qvardiola ilə bu haqda söhbət etmişdim. Biz ispanca ünsiyyət qurduq.

Hər şey yaxşı oldu. Mən bu keçiddə maraqlı idim. Pep mənə əsas heyətdə oynayacağımla bağlı təminat da vermişdi. Amma nədənsə keçid baş tutmadı”.

Məlumata görə, “Sevilya” “Mançester Siti”nin 55 milyon avroluq təklifini qəbul etməyib. İspaniya klubu 21 yaşlı futbolçuya görə 90 milyon avro tələb edir.

“Sevilya” Kundeni 209-cu ildə “Bordo”dan 25 milyon avroya alıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı