Bakıda xanım idmançını döyən oğlanın anası: "Mən onu gəlin kimi qəbul etməmişəm"

5 Yanvar 02:00 Hadisə 1 831
Bakıda xanım idmançını döyən oğlanın anası: "Mən onu gəlin kimi qəbul etməmişəm"

"Mən onu gəlinim kimi qəbul etməmişəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri ARB-nin efirində yayımlanan verilişlərdən birində kikboksçu Tulin Ələkbərovanı döyən sevgilisinin anası deyib.

O bildirib ki, Tulinə oğlu ilə ayrılmağını deyib.

"Mən ona gənc olduğunu, öz həyatını, işini qurmalı olduğunu demişdim.

Mənim oğlumun evlənmək yaşı deyil. O oxuyub, daha sonra əsgər getməlidir"

Tulin Ələkbərova sevgilisi tərəfindən döyüldüyünü iddia edir. Bu barədə xanım idmançı sosial şəbəkə hesabında məlumat yayıb.

Kikbokusçunun sözlərinə görə, hadisə dekabrın 27-də baş verib. O bildirib ki, hadisə yarıtikili binada qeydə alınıb:

“Etdiyi xəyanətə dözməyərək ona sillə vurmaq istəyəndə geri çəkilib mənə təpik atdı.

Qarşılıq verəndə yerə yıxdığı zaman başım betona dəydi, halsız vəziyyətdə yerdə özümü müdafiə etməkdən başqa çarəm yox idi.

Amansızca, ölümünə təpik-yumruqla vurmağa davam edirdi. Başım betona dəyərək partladı”.

İdmançı deyib ki, bundan sonra yer qan gölməçəsinə dönüb.

Məsələ ilə bağlı polisə müraciət edilib. Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı müvafiq ekspertiza təyin edilib. Araşdırma aparılır.


Digər Xəbərlər
Xəbər Lenti