"Ondan əvvəl dedim ki…” – “Barselona”nın prezidenti

5 May 2021 10:00 İspaniya 470
"Ondan əvvəl dedim ki…” – “Barselona”nın prezidenti

“Barselona”nın prezidenti Xuan Laporta açıqlama verib.

Sportinfo.az xəbər verir ki, “Marca” nəşrinə danışan klub rəhbəri, La Liqada çempion olacaqlarına inandıqlarını deyib:

“Valensiya” ilə oyundan əvvəl dedim ki, qarşıdakı beş oyunu qazansaq, çempion olacağıq. İndi dörd oyun qalıb. Hər birini qazansaq, çempion olacağımıza əminəm. Komandama inanıram”.

“Barselona” La Liqada 74 xalla 3-cü sıradadır. Kataloniya təmsilçisi 35-ci tur çərçivəsində doğma meydanda lider “Atletiko”nu qəbul edəcək. Oyun mayın 8-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti