"Real" və "Barselona"nı cəzalandırmaq lazım deyil"

22 Aprel 2021 21:40 İspaniya 488
"Real" və "Barselona"nı cəzalandırmaq lazım deyil"

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Superliqa qurucularından olan "Real" və "Barselona"nın buna görə cəzalandırılmayacağını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, çempionatın rəhbəri bu klubların La Liqanın əsas gücü olduğunu xatırladıb:

"La Liqanın gücünün "Real" və "Barselona"ya söykəndiyini bildirmək istəyirəm. Məncə, onları cəzalandırmaq lazım deyil. Bunun təkrarlanmamsı üçün xüsusi tədbirlər gösrməliyik. Bu, cəzadan yaxşıdır".

Aprelin 19-da "Real" və "Barselona" da daxil olmaqla Avropanın 12 klubu Superliqa yaratdıqlarını elan etmişdi. Lakin artıq bu iki klubdan başqa hamısı layihdən geri çəkildiklərini açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti