"Liverpul"da oynamış ulduzu transfer edəcək - "Neftçi"nin rəqibi

9 Avqust 2023 00:00 Türkiyə 669
"Liverpul"da oynamış ulduzu transfer edəcək -

Konfrans Liqasının üçüncü təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Beşiktaş" növbəti transferə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Liverpul"un sabiq yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberlenlə müqavilə imzalaya bilər.

İngiltərəli futbolçu "Beşiktaş"a keçidini tamamlamaq üçün Türkiyəyə gedib. Yaxın vaxtlarda tərəflərin müqavilə imzalayacağı gözlənilir.

29 yaşlı futbolçu “Sauthempton”, “Arsenal”da oynadıqdan sonra 2017-ci ildə “Liverpul”a keçmişdi.

"Beşiktaş"a keçsə də, "Neftçi"yə qarşı oynaya bilməyəcək. Çünki İstanbul klubu "Neftçi" ilə oyunlar üçün UEFA-ya yekun iştirak ərizəsini təqdim edib.

Digər Xəbərlər
Xəbər Lenti