Premyer Liqasının bərpası üçün ilk addım atıldı

18 May 22:40 İngiltərə 171
Premyer Liqasının bərpası üçün ilk addım atıldı

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan İngiltərə Premyer Liqasının bərpası üçün ilk addım atılıb.

Sportinfo.az xəbər verir ki, çempionatın səhmdarları klubların sabah günortadan etibarən kiçik qruplar şəklində məşqlərə başlamasına yekdilliklə səs veriblər.

Lakin komandalara sosial məsafəni qorumaq şərtilə məşq etməyə icazə verilib. Yaxın təmas məşqləri isə hələlik qadağan olunur. İngiltərə Premyer Liqasının oyunları martın 13-də qeyri-müəyyən müddətədək təxirə salınıb.

Xəbər Lenti
26 May 22:40 Qurbanov lazım deyil?