“Liverpul” ona görə 120 milyon avro verəcək?

18 Yanvar 2020 14:16 İngiltərə 1 297
“Liverpul” ona görə 120 milyon avro verəcək?

“Liverpul” qış fasiləsində heyətini “Bayer”in futbolçusuyla gücləndirmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, “qırmızılar” Almaniya klubunun yarımmüdafiəçisi Kay Havertsi transfer etmək istəyir.

20 yaşlı futbolçunu yanvarda heyətinə qatmaq istəyən “Liverpul” onun üçün təklif hazırlayıb. Mersisayd klubu Haverts üçün “Bayer”ə 120 milyon avro təklif edəcək.

Havertsin “Barselona”, “Bavariya” və “Mançester Yunayted”in də maraq dairəsində olduğu bildirilir.

“Bayer”lə müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulan almaniyalı futbolçu, cari mövsümdə iştirak etdiyi 21 oyunda 3 qol, 1 məhsuldar ötürməylə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti