Premyer Liqa klubunda yeni baş məşqçi - 2,5 illik müqavilə

17 Noyabr 2021 00:10 İngiltərə 534
Premyer Liqa klubunda yeni baş məşqçi -  2,5 illik müqavilə

"Norviç Siti"nin yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi bu posta Din Smiti gətirib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 50 yaşlı mütəxəssislə 2 il yarımlıq müqavilə imzalanıb.

Din Smitin son iş yeri "Aston Villa" olub.

"Norviç Siti" 11 turdan sonra 5 xalla İngiltərə Premyer Liqasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti