AFFA ermənilərlə əməkdaşlıq edən şirkətlə iş görmək istəyir - Strategiya hazırlamaq üçün

7 İyun 2024 21:00 Hadisə 1 632
AFFA ermənilərlə əməkdaşlıq edən şirkətlə iş görmək istəyir - Strategiya hazırlamaq üçün

Bir neçə gün əvvəl AFFA İcraiyyə Komitəsinin növbəti iclası baş tutub.

Toplantıda AFFA-nın strategiyası və uşaq futboluna dair məsələlər də müzakirə olunub.

Azərbaycanın bir nömrəli futbol qurumu strategiyanın yazılması üçün “Double Pass”, UEFA və “McKinsey & Company” şirkətləri ilə əməkdaşlıq edəcək.

Sportinfo.az xəbər verir ki, "Sportliqa.az" həmin şirkətlərdən biri olan "Double Pass"la bağlı kiçik araşdırma apararkən maraqlı məqam üzə çıxıb.

Sən demə, bu kompaniya Ermənistan Futbol Federasiyası ilə də əməkdaşlıq edir. Belə ki, tərəflər arasında ötən ilin 23 oktyabrında anlaşma memorandumu imzalanıb.

2004-cü ildə əsası qoyulan "Double Pass" şirkəti hazırda Belçika, Polşa, İspaniya və Ermənistanın futbol federasiyaları ilə əməkdaşlıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
12 Avqust 17:30 Çək və bizə göndər!
12 Avqust 08:50 Yeni hücumçuları var
12 Avqust 08:30 "Karvan"dan böyük hesab
12 Avqust 03:00 Ronaldo evləndi - FOTOLAR