
Argentina millisinin ulduzu Lionel Messi Kopa Amerika finalından öncə komanda yoldaşlarına jest edib.
Sportinfo.az “Marca”ya istinadən xəbər verir ki, o, futbolçulara Argentina millisinin formasının və bayrağının rənglərinə uyğun hazırlanmış məşhur brendə məxsus qulaqlıqlar hədiyyə edib.
Messi DÇ-2022-də birlikdə çıxış etdiyi komanda yoldaşlarına üzəri qızılla örtülmüş mobil telefon hədiyyə etmişdi.
Amerika Kubokunun final görüşündə Argentina millisi Kolumbiya üzərində 1:0 hesablı qələbə qazanıb.