Olimpiada gedəcək komandanı uddu - "Sabah"ın rəqibi

17 İyul 2024 02:30 Hadisə 1 315
Olimpiada gedəcək komandanı uddu - "Sabah"ın rəqibi

Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunda “Sabah”ın rəqibi olan “Makkabi” (Hayfa) yoldaşlıq oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Barak Baxarın komandası Paris Yay Olimpiya Oyunlarında İsraili təmsil edəcək yığma komanda ilə qarşılaşıb.

Görüş "Makkabi"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bundan əvvəl İspaniyadakı təlim-məşq toplanışı zamanı israillilər Andorranın iki təmsilçisini: “Atletik” və “İnter”i eyni hesabla (3:1) məğlub etmişdilər.

“Sabah” “Makkabi”yə qarşı ilk oyununu iyulun 25-də Macarıstanda, cavab görüşünü isə bir həftə sonra Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"