Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan "Fehervar" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, "göy-qırmızılar" Macarıstanın digər təmsilçisi MTK-dan Matyas Kovaçı icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Macarıstan U-21 millisinin üzvü 2024/2025 mövsümünü "Fehervar"ın heyətində keçirəcək.
"Sumqayıt" "Fehervar"la ilk oyunu iyulun 25-də evdə keçirəcək. Cavab matçı isə iyulun 31-də Macarıstanda baş tutacaq.

