COP29

Vətən müharibəsi şəhidinin atası vəfat etdi - FOTOLAR

10 İyul 08:10 Hadisə 517
Vətən müharibəsi şəhidinin atası vəfat etdi - FOTOLAR

Vətən müharibəsi şəhidi Sadiq Bağırzadənin atası Şahin Bağırov vəfat edib.

Bu barədə Yeni Azərbaycan Partiyası Astara Rayon Təşkilatının Sədri Həbib Cəfərov sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, şəhid atası bu gün xəstəlikdən dünyasını dəyişib.

Şəhid Sadiq Bağırzadə 15 aprel 2002-ci ildə Astaranın Ərçivan qəsəbəsində doğulub.

O, 2020-ci il sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.



Digər Xəbərlər
Xəbər Lenti