Azərbaycan klublarının Avropaya səs salan qolları - VİDEO

4 Yanvar 23:20 Hadisə 218
Azərbaycan klublarının Avropaya səs salan qolları - VİDEO

Azərbaycan klublarının avrokuboklarda vurduğu əhəmiyyətli qollar…

Sosial şəbəkələrdə bununla bağlı maraqlı video yayılıb.

Kadrlarda «Qarabağ» və «Zirə»nin bir neçə futbolçusu yer alıb.

Ağdam klubundan Kadi Borges və Toral Bayramovun, qəsəbə təmsilçisindən İssa Cibrila ilə Davit Volkovun baxımlı qollarına burada rast gəlməkdəyik.

Təəssüf ki, bu mövsüm klublarımızdan yalnız «Qarabağ» qarşısına qoyulan məqsədə çata bildi, digərləri isə heç pley-off mərhələsinə vəsiqə qazanmağı bacarmadı.

«Köhlən atlar» Çempionlar Liqasının əsas mərhələsinə yüksəldisə, «Zirə» Konfrans Liqası ilə ilk mərhələdə vidalaşdı.

«Sabah» mübarizəyə Avropa Liqasında başlayıb, Konfrans Liqasında üçüncü mərhələyə qədər gəldisə, «Araz-Naxçıvan» bu turnirdə ilk etapı geridə qoysa da, sonrakı raundda Kiprdən «Omoniya»ya hər iki oyunda uduzdu - 0:4 və 0:5.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti