Qış fasiləsində fərdi inkişafın ünvanı: “RR Pro Academy” - FOTOLAR

4 Yanvar 17:35 Hadisə 271
Qış fasiləsində fərdi inkişafın ünvanı: “RR Pro Academy” - FOTOLAR

Son illər Azərbaycanda fərdi futbol inkişafına yönəlmiş akademiyalar arasında peşəkar yanaşması ilə seçilən ünvanlardan biri “RR Pro Academy”dir.

Xüsusilə qış fasiləsi dövründə akademiyaya olan marağın artması bu mərkəzin futbol ictimaiyyətində qazandığı etimadın bariz göstəricisidir.

Məlum olduğu kimi, qış fasiləsi futbolçular üçün həm fiziki, həm də texniki baxımdan üzərində işləmək baxımından ən vacib mərhələlərdən biridir.

Məhz bu dövrdə “RR Pro Academy”də keçirilən fərdi məşqlər futbolçuların mövqe xüsusiyyətlərinə, fiziki durumuna və oyun tərzinə uyğun şəkildə planlaşdırılır.

Akademiyada məşq prosesi təcrübəli mütəxəssislər - Ramin Tağıyev və Ramin Məlikovun rəhbərliyi altında həyata keçirilir.

Onlar həm ölkə daxilində müxtəlif diplom və sertifikatlarla təltif olunub, həm də İstanbulda beynəlxalq səviyyədə 4 fərqli diplom və sertifikat əldə edib.
Hazırda da Ramin Tağıyev və Ramin Məlikov davamlı olaraq öz üzərlərində çalışır, yeni bilik və bacarıqları öyrənərək, məşq prosesini daha da təkmilləşdirirlər. Bu, akademiyanın peşəkarlığını və davamlı inkişafını təmin edən ən vacib amillərdən biridir.

Qış fasiləsi ərzində “RR Pro Academy”ə müraciət edən futbolçular arasında tanınmış və peşəkar adlar da yer alır.

Onlardan hazırda “Barselona”da oynayan Eldar Tağızadə, Azərbaycan millisinin və “Zirə”nin yarımmüdafiəçisi İsmayıl İbrahimli, “Karvan”ın hücumçusu Uğur Cahangirov, Qabil Əlizadə və digərləri xüsusi qeyd olunmalıdır.

Habelə Qabil Əlizadə və digər futbolçular Kosova Super Liqasında çıxış etmiş “Kəpəz”in qapıçısı Yusif İmanov və Xorvatiya Super Liqasında legioner həyatı yaşayan Rufət Abdullazadə ilə online fərdi məşq proqramı üzərində çalışıblar.

Bu, “RR Pro Academy”nin həm yerli, həm də beynəlxalq səviyyədə futbolçular üçün etibarlı inkişaf platforması olduğunu göstərir.

Fərdi məşqlər zamanı əsas diqqət texniki bacarıqların təkmilləşdirilməsinə, oyun sürətinin artırılmasına, düzgün qərarvermə qabiliyyətinin inkişafına və fiziki hazırlığın optimal səviyyəyə çatdırılmasına yönəldilir.

Qış fasiləsində aparılan bu hazırlıq futbolçuların mövsümün ikinci hissəsinə daha güclü şəkildə qayıtmasına şərait yaradır.

“RR Pro Academy”də məqsəd təkcə futbolçunu formada saxlamaq deyil, onun potensialını maksimum səviyyədə üzə çıxarmaqdır.

Bu səbəbdən hər bir futbolçu üçün fərdi inkişaf planı hazırlanır, zəif tərəflər üzərində xüsusi iş aparılır və məşq prosesi daim nəzarətdə saxlanılır.

Qısa müddətdə futbol ictimaiyyətində tanınmağı bacaran “RR Pro Academy” bu gün fərdi inkişaf axtaran futbolçular üçün etibarlı ünvan kimi qəbul olunur.

Akademiyanın əsas hədəfi isə peşəkar məşqçi heyəti, davamlı inkişaf və müasir metodikaları ilə Azərbaycan futbolunun gələcəyinə töfhə verməkdir.

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 20:00 Çək və bizə göndər!
4 Yanvar 08:00 Yollar buz bağlayacaq