“Bu, bizim üçün bir həyat təcrübəsi idi, orada da müəyyən şeylər öyrəndik”.
Sportinfo.az xəbər verir ki, bu sözlər U-21 yığmnasının sabiq çalışdırıcısı Rəşad Sadıqova məxsusdur.
O bildirib ki, 2017-ci ildə AFFA-nın qərarını qəbul etməsə, bəlkə də daha çox peşman ola bilərdi:
"Seçmə mərhələdə 5 oyunumuz olmuşdu. Toplantıda oyunlarımız müzakirə edildi və yüksək qiymətləndirildi.
Növbəti seçmə mərhələ üçün qarşıma hədəf qoyuldu ki, ikinci yeri tutmalısınız. Mən də dedim ki, heç bir zaman bu hədəf qoyulmayıb.
Dedilər ki, yox, sənin burda gördüyün işlər var. Hansı ki, növbəti seçmə mərhələ üçün bizdə 5-6 futbolçu oynayırdı.
O baxımdan mənə dedilər ki, ikinci yeri tutmağın realdır. Mən də dedim ki, heç bir problem yoxdur.
Onsuz da, mən bu hədəfi qarşıma qoymuşam ki, növbəti mərhələyə çıxaq.
Bütün bunlardan sonra isə ani olaraq zəng vurub deyəndə ki yollarımızı ayırırıq və səbəbi soruşanda, suallarımız cavabsız qalanda, peşmanlıq yox, məyusluq oldu.
Bəlkə də ömrümüzün sonuna qədər beynimizdə sual qalacaqdı ki, niyə milliyə getmədin? Bəlkə də onun peşmanlığını daha çox çəkəçəkdik.
Amma millidə çalışdıq, məsləhət görüldü ki, yollar ayrılmalıdır, biz də sakitcə geri döndük və işimizə davam etdik. Azərbaycan futboluna xidmət etməyə çalışırıq".

