Bu açıqlama böyük maraq doğuracaq: “Biz hələlik onun işini - bəyənməyə məcburuq” VİDEO

8 Oktyabr 11:40 Hadisə 527
Bu açıqlama böyük maraq doğuracaq: “Biz hələlik onun işini  - bəyənməyə məcburuq” VİDEO

"Mövsümün geridə qalan hissəsinin sürpriz komandası «İmişli»dir".

Bu sözləri «Sportinfo TV»də yayımlanan «Futbol Manşet» verlişində «Sumqayıt»ın sabiq baş məşqçisi Vaqif Cavadov səsləndirib.

Premyer Liqanın ilk həftələrində qeydə alınan nəticələrlə bağlı danışan gənc mütəxəssis debütant «İmişli»nin çıxışını yüksək qiymətləndirib.

O, Jorj Kaskilyanın çalışdırdığı komandanın sürpriz nəticələrə imza atdığını qeyd edib.

Bildirib ki, aran təmsilçisi müdafiə planında sərgilədiyi inamlı oyunla istədiyi nəticələri qazanmağı bacarır.

Cavadov portuqaliyalının həmkarının tutduğu yolun hələlik «İmişli»yə uyğun olduğunu söyləyib.

Həmçinin vurğulayıb ki, onun fəaliyyətinə dolğun qiymət vermək üçün mövsümün axırını gözləmək vacibdir.

Əziz izləyicilərimiz, verilişimiz öz zövqlü geyimləri ilə minlərlə peşəkar və həvəskar idmançılarımızı təmin edən, onların sevimlisi olan “YaaRa Tekstil”in dəstəyi ilə təqdim olunur.

“YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.

Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.

Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.

"YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti