İtə görə məhkəmədə cavab verəcək - Xoşagəlməz hadisə

7 Oktyabr 21:40 Hadisə 433
İtə görə məhkəmədə cavab verəcək - Xoşagəlməz hadisə

Səudiyyə Ərəbistanının “Neom” klubunda çıxış edən əlcəzairli vinger Said Benrahma 2023-cü ilin yayında xoşagəlməz hadisənin iştirakçısı olub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, onun itləri – buldoq cinsindən olan itlər kənar şəxsə hücum edib.

Hadisə məhkəmə mərhələsinə çatıb.

Benrahma məhkəmənin ilk iclasına qatılmayıb, ancaq qanunvericiliyə əsasən, bir ay ərzində ya məhkəmədə iştirak etməli, ya da izahatını onlayn şəkildə təqdim etməlidir.

2023-cü ilin sonundan Böyük Britaniyada bu cins itlərin saxlanma qaydaları sərtləşdirilib, bir sıra hallarda isə məhz bu kimi insidentlər səbəbindən dəyişikliklər edilib.

30 yaşlı futbolçu artıq İngiltərəni və “Vest Hem”i tərk edib və hazırda Səudiyyə Ərəbistanında çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
7 Dekabr 20:00 Çək və bizə göndər!