
Azərbaycanlı futbol azarkeşi maraqlı addımla diqqət çəkib.
Elmar Hüseynov adlı şəxs oktyabrın 2-də Xəzər dənizində çimib.
Onu bu addımı atmağa “Qarabağ”ın qələbəsi məcbur edib.
Belə ki, Hüseynov təmsilçimizin “Kopenhagen”lə görüşündən əvvəl sosial şəbəkə izləyicilərinə “Qarabağ”ın qalibiyyəti təqdirində dənizdə çiməcəyinə dair söz verib.
Oyun “köhlən atlar”ın 2:0 hesablı qələbəsi ilə başa çatdığından, səbəbkar sözünü tutub və dənizdə çimməsi ilə bağlı görüntüləri şəxsi səhifəsində paylaşıb.
Məlum video böyük maraqla qarşılanıb.
O, bununla kifayətlənməyərək “Qarabağ”ın Çempionlar Liqasındakı növbəti matçı üçün də söz verib.
Ağdamlılar Bilbaoda “Atletik”i udsa, Hüseynov bu dəfə Hind okeanında çiməcək.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN