Əcnəbi hücumçu bura qayıtdı, azərbaycanlı xanımla nişanlandı - FOTOLAR

6 Oktyabr 2025 22:20 Hadisə 2 951
Əcnəbi hücumçu bura qayıtdı, azərbaycanlı xanımla nişanlandı - FOTOLAR

Azərbaycanda çıxış edən əcnəbi futbolçu burada nişanlanıb.

Söhbət Kristian Kamtadan gedir.

Ötən iki mövsümdə «Difai»nin formasını geyinmiş kamerunlu hücumçu Kübra adlı xanımla evlilik yolunda ilk addımını atıb.

İki ay öncə İraqa yollanaraq “Al-Karh”la danışıqlar aparmış afrikalı legioner yenidən ölkəmizə geri dönüb və xeyli müddətdir tanış olduğu sevgilisi ilə nişanlanmağı lazım bilib.

Münasibətlərin rəsmiləşdiyi tədbir ev şəraitində keçirilib. Burada ailənin yaxınları iştirak edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti