
III MDB Oyunları çərçivəsində Qəbələ şəhər stadionunda keçirilən futbol üzrə yarışlarda daha iki görüş baş tutub.
Sportinfo.az xəbər verir ki, 5-ci yer uğrunda matçda Özbəkistan və Qırğızıstan milliləri üz-üzə gəlib.
Matç Özbəkistanın 2:0 hesablı qələbəsi ilə nəticələnib.
Bürünc medal uğrunda oyunda isə Belarus yığması Tacikistana qalib gəlib – 2:0.
Futbol yarışlarına oktyabrın 4-də yekun vurulacaq. Finalda Azərbaycan və Rusiya milliləri münasibətləri aydınlaşdıracaq.