“Neftçi”nin legioneri 90+6-cı dəqiqədə ölkəsinin QƏHRƏMANI OLDU!

26 Mart 2025 08:30 Hadisə 2 592
“Neftçi”nin legioneri 90+6-cı dəqiqədə ölkəsinin QƏHRƏMANI OLDU!

DÇ-2026-nın seçmə mərhələsində 2-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın futbolçuları Marko Yankoviçlə Marko Veşoviç və "Neftçi"nin oyunçusu Edvin Kuçun çıxış etdiyi Monteneqro millisi öz meydannda Farer adaları ilə qarşılaşıb.

Start heyətdə meydana çıxan Yankoviçlə Veşoviç hər ikisi 70-ci dəqiqədə əvəzlənib. Edvin Kuç isə 46-cı dəqiqədə meydana daxil olub.

O, 90+6-cı dəqiqədə vurduğu qolla komandasına vacib qələbə qazandırıb - 1:0.

İlk turda Cəbəllütariqə qalib gələn (3:1) Monteneqro 6 xalla qrupda 2-cidir. Eyni xal olan Çexiya liderdir.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı