Nəhayət, iki məşhurun 10 illik evliliyi bitdi... FOTOLAR

22 Mart 2025 17:20 Hadisə 1 062
Nəhayət, iki məşhurun 10 illik evliliyi bitdi... FOTOLAR

“Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardi ilə Vanda Nara rəsmən boşanıblar.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəyanət qalmaqalları ilə gündəmdən düşməyən cütlük, nəhayət, münasibətlərini rəsmi olaraq bitirib.

Lakin cütlüyün uşaqlarına qəyyumluq və əmlak bölgüsü ilə bağlı hansı razılaşmaya gələcəyi hələlik məlum deyil.

Mauro İkardi ilə Vanda Nara 2014-cü ildə ailə qurublar. Onların bu evlilikdən iki qızı var. Vanda Nara hələ boşanmadan əvvəl reper L-Qante ilə eşq yaşamağa başlayıb.

Vandadan ayrılan İkardi isə hazırda Çina Suareslə münasibətdədir.




Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı