“Qalatasaray”ın ulduzu “Zirə” və “Səbail”in legionerlərinin “qanını qaraltdı”

22 Mart 2025 03:00 Hadisə 900
“Qalatasaray”ın ulduzu “Zirə” və “Səbail”in legionerlərinin “qanını qaraltdı”

“Zirə”nin müdafiəçisi Ange Mutsinzi və “Səbail”in hücumçusu İnnosent Nşutinin də formasını geyindikləri Ruanda millisi Dünya çempionatı 2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda evdə Nigeriya ilə qarşılaşıb. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Nigeriya millisinin heyətində hər iki qolu “Qalatasaray”ın hücumçusu Viktor Osihmen vurub.

Həm Mutsinzi, həm də Nşuti meydana start heyətdə çıxıb. “Zirə”nin müdafiəçisi görüşü əvəzolunmadan keçirib. “Səbail”in forvardı isə 82-ci dəqiqədə Habimana Yveslə əvəzlənib.

5 oyundan sonra 7 xal toplayan Ruanda millisi qrupda 3-cü, 6 xala sahib Nigeriya isə 4-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır