"Sabah" Basketbol Klubu və "Azərlotereya"dan əyləncəli “Beşdə5” müsabiqəsi

20 Mart 2025 15:10 Hadisə 677
"Sabah" Basketbol Klubu və "Azərlotereya"dan əyləncəli “Beşdə5” müsabiqəsi

Azərbaycan Basketbol Liqasında həyəcan daha da artır.

"Sabah" Basketbol Klubu ilə birlikdə "Azərlotereya" basketbol azarkeşləri üçün “Beşdə5” müsabiqəsini təqdim edir.

Bu əyləncəli yarışmada iştirak edərək 5555 manat qazanmaq şansı əldə edə bilərsiniz. Bunun üçün sadəcə "Sabah" komandasının ev oyunlarına gəlmək və müsabiqəyə qatılmaq kifayətdir.

Müsabiqənin şərtləri olduqca sadədir. Oyundan öncə azarkeşlərə nömrələr paylanacaq və böyük fasilə zamanı təsadüfi seçim əsasında üç nəfər müəyyən ediləcək.

Seçilmiş iştirakçılar beş fərqli nöqtədən beş atış etmə şansı qazanacaq. Əgər iştirakçıların biri beş atışın hamısını dəqiq yerinə yetirsə, “Azərlotereya”dan 5555 AZN mükafat əldə edəcək.

Müsabiqə ilin sonunadək “Sabah” komandasının ev oyunları boyunca davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi