
Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt"la qarşılaşacaq "Fehervar" (Macarıstan) növbəti yoxlama matçını keçirib.
Sportinfo.azxəbər verir ki, Sekeşfehervar klubu Sloveniya təmsilçisi "Dekani" ilə qarşılaşıb.
Matç macarların qələbəsi ilə başa çatıb - 1:0.
Qeyd edək ki, "Sumqayıt" dünən yoxlama görüşündə Türkiyənin I Liqa komandası "Gənclərbirliyi"ni 1:0 hesabı ilə üstələyib.
Samir Abasovun rəhbərlik etdiyi klub "Fehervar"la Konfrans Liqasında ilk matçını iyulun 25-də evdə, cavab qarşılaşmasını isə 31-də Macarıstanda keçirəcək.