Məşhurların həyacanı bu FOTOLARda

12 İyul 2024 03:50 Hadisə 615
Məşhurların həyacanı bu FOTOLARda

Dünyaca məşhur britaniyalı ifaçılar Adel və Ed Şiran AÇ-2024-ün son yarımfinal görüşünü tribunadan izləyərək İngiltərə millisinə dəstək olublar.

Sportinfo.az xəbər verir ki, onların görüntülərini “Daily Mail” nəşri dərc edib.

Hər iki müğənni qarşılaşmanı dostlarının müşayiəti ilə izləyib.

Görüntülərdən bəlli olur ki, oyundan əvvəl Adel gərginliyini gizləyə bilməyib. Ulduz ifaçının Hari Keynin vurduğu bərabərlik qoluna sevinci də diqqətlərdən qaçmayıb.

Ed Şiran da komandalarının qələbə qazandığı matçı üzərində İngiltərə millisinin loqosu əks olunmuş qırmızı köynəklə tribunadan həyəcanla izləyib.

İngiltərə Avropa çempionatının son yarımfinal oyununda Niderland millisinə 2:1 hesabı ilə qalib gələrək finalda İspaniyaya rəqib olub.







Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!
15 Dekabr 08:30 Zamiq oynadı, uddular
15 Dekabr 02:30 Ay Can, ay Can...