Tanınmış azərbaycanlı xanım aparıcı türkiyəli ulduzu MƏZƏMMƏT ETDİ

7 İyul 2024 23:20 Hadisə 1 258
Tanınmış azərbaycanlı xanım aparıcı türkiyəli ulduzu MƏZƏMMƏT ETDİ

«Bax, nə ehtiyac var idi “bozqurd” işarəsinə, ay Merih?».

Bu sözlər İTV-nin aparıcısı Nərmin Salmanovaya məxsusdur.

Tanınmış telejurnalist sosial şəbəkə hesabında Türkiyə yığmasının müdafiəçisi Merih Demiralı tənqid edib. O

, AVRO-2024-ün 1/8 final mərhələsində Avstriya ilə matçdan (2:1) sonra «bozqurd» işarəsi göstərən və UEFA tərəfindən 2 matçılq cəza alan futbolçunun hərəkətinin yanlış olduğunu bildirib.

Sitat:

«İki oyunluq diskvalifikasiya aldın. Kimə nə sübut edirdin?

Dubl edib, komandanı daşıyırdın 1/4 finala. Hələ Niderlandla oyun var idi qarşıda, sən isə komandanı özün kimi futbolçudan məhrum etdin.

UEFA-nın milliyyətçiliyi təbliğ edən jestlərə qarşı sərt qaydaları var. Komandalar təlimatlıdır, futbolçular isə məlumatlı.

Patriotluq bu deyil, komandanı, azarkeşləri, ölkə adına nəticəni düşünməkdir. Hisslərə qapılmadan daşıdığın məsuliyyəti dərk etməlisən».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"