“Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Makkabi” (Hayfa) yoxlama oyunu keçirib.
Sportinfo.az xəbər verir ki, İsrail təmsilçisi Andorradan “İnter Eskaldes” ilə qarşılaşıb.
Matç “Makkabi”nin qələbəsi ilə başa çatıb – 3:1.
"Makkabi" (Hayfa) - "İnter Eskaldes" - 3:1
Qollar: David, 45, Perrot, 45+2-pen. Şuranov, 73-pen.
“Sabah” Hayfa təmsilçisi ilə ilk oyunu iyulun 25-də səfərdə keçirəcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.

