Ukrayna millisinin və “Jirona”nın yarımmüdafiəçisi Viktor Sıqankov Avropa çempionatında uğursuz çıxışına görə həyat yoldaşından cəza alıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, vətəninə qayıdan futbolçu orijinal cəza ilə üzləşib.
Xanımı futbolçunu döşəmə yumağa məcbur edib. O, bu prosesi lentə alıb və sosial şəbəkədə yerləşdirərək, videoya başlıq yazıb: “AVRO-2024-də məşq edirik”.
Ukrayna millisi Avropa çempionatında zəif çıxış edərək, öz qrupunda sonuncu yerdə qərarlaşıb. Sergey Rebrovun komandası dörd xal toplasa da, rəqiblərinə top fərqinə görə uduzub.

