Futbol belə olar ey!

10 İyun 2024 00:40 Hadisə 1 860
Futbol belə olar ey!

Ayın 2-də ölkə kubokunun final oyununda «Qarabağ»la «Zirə» oynadı.

Futbol belə olar ey, elə bil İngiltərənin və ya İspaniyanın iki hansısa komandaları qarşılaşırdı.

Və stadion da ağzınadək azarkeşlə dolu idi. Gah «Qarabağ» hayqırırdılar, gah da «Qartallar».

Çox gərgin oyun keçdi, top bir dəqiqə bir yerdə qalmadı.

Hər iki komanda sonadək çarpışdı, hər iki komanda tamaşaçıların alqışını qazandı.

Qurban Qurbanovu da, Rəşad Sadıqovu da və hər iki komandanın oyunçularını da ürəkdən təbrik edirəm. Əslində futbol qalib gəldi.

«Qarabağ»a da, «Zirə»yə də Avropa çempionatlarında uğurlar arzulayıram.

Aqil ABBAS

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti