Şəhid Nazimin qalıqları Mehdiabadda dəfn olundu - FOTO

7 İyun 2024 21:50 Hadisə 765
Şəhid Nazimin qalıqları Mehdiabadda dəfn olundu - FOTO

Birinci Qarabağ müharibəsində şəhid olan Şirinov Nazim Şirin oğlunun qalıqları Abşeron rayonunun Mehdiabad qəsəbəsində dəfn olunub.

hərbçimizin nəşinin qalıqları Fizulidə adsız qəbiristanlıqda tapılıb.

Şəhidin nəşi Səhiyyə Nazirliyinin Patoloji Anatomiya Birliyindən Mehdiabada ailə üzvlərinin yaşadığı evə gətirilib.

Vida mərasimindən sonra şəhid Mehdiabad qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.

Şirinov Nazim Şirin oğlu 1962-ci il yanvarın 1-də Cəbrayıl rayonunun Doşulu kəndində anadan olub. O, 1993-cü il oktyabrın 23-də Fizuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”