Özünə toy etmədi, 32 il ağır yaşayışdan sonra Şuşaya köçdü - VİDEO

6 İyun 2024 15:50 Hadisə 867
Özünə toy etmədi, 32 il ağır yaşayışdan sonra Şuşaya köçdü - VİDEO

Ömrünün 32 ilini məcburi köçkün kimi Bakıdakı yataqxanaların birində ağır şəraitdə yaşamış Birinci Qarabağ müharibəsi veteranı Əbülfət Əsədov ailəsi ilə birlikdə doğma Şuşaya köçüb.

O, bu illər ərzində doğma torpaqların həsrətini çəkdiyini bildirib.

Ə. Əsədov sonuncu dəfə Şuşada 1992-ci il aprelin 24-ü olub. Təxminən bir həftə sonra Şuşa işğal olunub: “Evliliyimizin 32-ci ilidir. Toy üzü görməmişik, qismət olmayıb.

Şuşa işğal olunmuşdu, şəhidlər vermişdik deyə toy eləmədik, “ZAQS”a gedib qol çəkdik. Həsrətlə gözləyirdik ki, Şuşaya gedək.

... Çox şükürlər olsun ki, Şuşamıza gəlib çıxdıq. Burada gözəl evlər tikiblər. Allah Prezidentimizə can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin!”

Daha ətraflı videomaterialda:

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”