COP29

Saç ustası Juninyodan görün necə istifadə edir! - VİDEO

15 Aprel 20:00 Hadisə 3 817
Saç ustası Juninyodan görün necə istifadə edir! - VİDEO

“Qarabağ”ın və Premyer Liqanın ən sərrast futbolçusu olan Juninyonun saçını azərbaycanlı bərbər səhmana salır.

O, artıq xeyli vaxtdır şəhərin mərkəzindəki salona üz tutur ki, burada kifayət qədər sevildiyini deyə bilərik.

Bərbər yaydan bu yana sərgilədiyi oyun və vurduğu qollarla sevgi qazanan braziliyalı futbolçunu müxtəlif üsullarla reklam etməklə həm salonu tanıdır, həm də əlavə müştəri yığır.

Məsələn, postun birində Juninyonun görüntüsünu paylaşaraq ulduzların məhz bu məkanı seçdikləri diqqətə çatdırılıb.

Digərində “18 nömrə” izləyiciləri Ramazan bayramı münasibəti ilə təbrik edib.

Bir başqa videoda isə gənc və yeniyetmə azarkeşlər Juninyo ilə şəkil çəkdirmək, ondan imza almaq üçün salona axışıb ki, həmin görüntülər paylaşılıb.

Maraq üçün bildirək ki, “Qarabağ”la 2025-ci ilin yayına qədər müqaviləsi olan futbolçunun mövsümün sonunda ölkəmizdən ayrılacağı gözlənilir. Avropa və Asiya ölkələrinin təmsilçiləri Juninyo ilə yaxından maraqlanırlar.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"