Azərbaycan Ordusu erməni komandiri məhv etdi - VİDEO

29 Sentyabr 2022 19:30 Hadisə 658
Azərbaycan Ordusu erməni komandiri məhv etdi - VİDEO

Ötən gün Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Ordumuzun əsgərinin yaralanmasına cavab atəşi nəticəsində məhv edilən 3 erməni hərbçidən biri zabitdir.

Bu barədə Ukraynanın “Rıbar” hərbi Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun 28 sentyabr Kəlbəcər rayonu istiqamətində Ermənistan ordusunun təxribatını uğurla dəf etdiyi zaman məhv edilən 3 erməni hərbçisindən biri həmin istiqamətdə dislokasiya olunmuş erməni batalyonunun komandiri imiş.

“Rıbar”ın bu məlumatını Ermənistanlı siyasi fəal Mika Badalyan da öz səhifəsində bölüşüb.

Ermənistan MN 3 hərbçisinin məhv edildiyini açıqlasa da, onların adını və rütbəsini elan etməyib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər