Baş məşqçi oldu – “Barsa”nın daha bir ulduzu

1 Dekabr 2021 15:20 Hadisə 1 288
Baş məşqçi oldu – “Barsa”nın daha bir ulduzu

“Barselona”nın sabiq futbolçusu Xaver Maskerano da məşqçilik karyerasına başlayıb.

Sportinfo.az xəbər verir ki, Maskerano Argentinanın U-20 yığmasını çalışdıracaq.

O, bu postda Fernando Batisteni əvəz edəcək.

Batiste Venesuela yığmasına təyinat alan Xose Pekermanın məşqçilər korpusunda yer alacaq. Maskerano bu ilin əvvəlindən Argentina Futbol Federasiyasında çalışırdı.

37 yaşlı Maskerano futbolçu karyerasını ötən ilin noyabrında bitirib. Onun son klubu Argentina “Estudiantes”i olub.

Digər Xəbərlər
Xəbər Lenti