Mahir İngiltərədə qolu qaçırdı, 12 polisi döydülər - FOTO

28 Noyabr 2021 00:14 Hadisə 542
Mahir İngiltərədə qolu qaçırdı, 12 polisi döydülər - FOTO

"Legiya" azarkeşləri Avropa Liqasının qrup mərhələsində "Lester"lə İngiltərədəki V tur matçı zamanı 12 polisi döyüblər.

Sportinfo.az xəbər verir ki, Varşava komandasının fanatları yerli tərəfdarların olduqları tribunaya girərək, onlarla dalaşmaq istəyiblər. Legiya azarkeşləri ingiltərəli 12 polisi döyüb

Amma by zaman onlar hüquq-mühafizə işçilərinin müqaviməti ilə üzləşiblər. Tərəflər arasında baş vermiş toqquşmada "Legiya"nın 7 fanatı saxlanılıb.

Görüş "Lester"in qələbəsi ilə yekunlaşıb - 3:1. "Legiya"nın yeganə qolunu Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin penaltini qaçırmasından sonra təkrar zərbə ilə Filip Mladenoviç vurub.

Digər Xəbərlər
Xəbər Lenti