Azərbaycanda hakim telefonla danışa-danışa oyunu idarə etdi - Böyük səs-küy yaradacaq VİDEO

16 İyun 2024 16:30 Hadisə 1 853
Azərbaycanda hakim telefonla danışa-danışa oyunu idarə etdi - Böyük səs-küy yaradacaq  VİDEO

Bir bu qalmışdı…

Baş hakim oyuna telefonla çıxır. Qarşaşılaşmanın gedişində ona zəng gəlir və «yus» düyməsini basır.

Bu, bir neçə dəqiqə davam edir. Həmin anlarda isə meydançada «döyüşkən futbol» gedir.

Azyaşlı oyunçular sərtliyi kobudluqla qarşdırır, «referi» isə olanlara diqqət yetirmir, kor-koranə «davam» işarəsi verir. Kənardan ona bildirilən iradları qulaqardına vurur.

Hadisə AFFA-nın bayrağı altında keçirilən aşağı liqaların birində qeydə alınıb.

Güman edirik ki, federasiya rəhbərliyi olaya bu dəfə barmaqarası yanaşmayacaq, araşdıracaq və gözlənilən qərarı çıxaracaq.

Başqa hakimlərə dərs olsun deyə…

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”