Koronavirusu cilovlayan kəşf

17 May 2021 17:50 Hadisə 1 136
Koronavirusu cilovlayan kəşf

Sportinfo.az xəbər verir ki, koronavirus infeksiyası qeyri-bioloji səthlərdə (qapı tutacağı, paltar və s.) uzun müddət yaşaya bilir.

Bərk materialları dezinfeksiya etməklə həmin virusu tam zərərsizləşdirmək mümkündür.

Fəqət parça və kartonu bu cür təmizləyərkən problemlər yaranır. Koronavirus karton üzərində 24 saata, plastik materialların səthində 1 gündən 3 günə qədər yaşaya bilir.

Bu barədə danışan fəlsəfə üzrə fəlsəfə doktoru Söhrab Məhərrəmovun bildirdiyinə görə, ABŞ-ın Kaliforniya Universitetinin bir qrup alimi araşdırma aparıb və həmin problemləri həll etməyə nail olublar:

“Aşkar edilib ki, müxtəlif materialların soyuq plazma vasitəsilə dezinfeksiyası əşyaların strukturunu zədələmədən onların üzərindəki bakteriya və virusları tam məhv edə bilir.

Amerikalı alimlərin bu kəşfi praktik baxımdan olduqca dəyərlidir. Əvvəllər də bəlli idi ki, soyuq plazma dərmanlara davamlı bakteriyaların öhdəsindən yaxşı gəlir. İnsanın toxuma örtüyünü zədələmədiyindən soyuq plazmadan hətta xərçəngin müalicəsində də uğurla istifadə etmək mümkündür.

Mühəndislər 3D-printerdə arqon qazı (atmosferdə ən geniş yayılmış təsirsiz qazdır) ilə işləyən xüsusi qurğu hazırlayıb. Cihazda süalandırıcı sürətləndirilmış qazın atomlarını toqquşan xarici elektronlardan ayırır, nəticədə plazma şırnağı yaranır.

Eksperiment zamanı çirkli səthə reaktiv hissəciklər yönəldilir. Burada əlavə şərtlər də var: otaq temperaturu, elektrik cərəyanı, yüklənmiş atom və ionların təsiri, həmçinin ultrabənövşəyi şüalanma.

Təcrübə göstərir ki, plazmanın təsiri nəticəsində 30 saniyədən sonra eksperiment üçün götürülmüş plastik, metal, karton və dəri üzərində olan virus hissəciklərinin əksəriyyəti, 3 dəqiqən sonra isə bütün virus nümunələri tamamilə məhv olur.

Alimlər hesab edir ki, uğur istifadə edilən maddələrlə bağlıdır. Viruslar plazma və havanın reaksiyası zamanı yaranan reaktiv oksigen və azot ionlarının təsiri nəticəsində məhv olur.

Reaktiv ionlar elektrostatik qüvvə sayəsində virusun səthini dağıdır. Plazma həmçinin virusun hüceyrələrin səthinə yapışmasına xidmət edən zülalları da məhv edə bilir”.

Digər Xəbərlər
Xəbər Lenti