Azərbaycanla matçın fasiləsində futbolçularını söyüb! - Bu hadisəyə görə

13 Oktyabr 12:40 Fransa 1 315
Azərbaycanla matçın fasiləsində futbolçularını söyüb! - Bu hadisəyə görə

Futbolçularından narazı qalan Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanla keçirilən matçın (3:0) fasiləsi zamanı paltardəyişmə otağında yüksək səslə söyüş söyüb.

Sportinfo.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

“Əgər Kilian həmişə etdiyi şeyi etməsə, biz onlara problem yaratmayacağıq, sadəcə olaraq ilişəcəyik.

Hərəkəti və sürəti bir az artırsaq, bu, onları çətin vəziyyətə salır. Bu tempdə onlar yorulmayacaqlar.

Biz də yorulmayacağıq. Siz əlinizdən gələni etməlisiniz, uşaqlar! Daha yaxşı və birlikdə”, – Deşam əsəbləri sakitləşəndən sonra deyib.

Fransa millisi üç oyundan sonra doqquz xalla D qrupunun turnir cədvəlində birinci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
6 Dekabr 18:10 Çək və bizə göndər!
6 Dekabr 02:00 "İmişli" 3000 ziyanda