“Azərbaycanla oyunda baş verənlər inanılmazdır, bu cür dönüşü xəyal etmirdim”

13 Oktyabr 2025 22:40 Fransa 1 107
“Azərbaycanla oyunda baş verənlər inanılmazdır, bu cür dönüşü xəyal etmirdim”

Fransa yığmasının hücumçusu Florian Toven DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirilən oyunu dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı forvard komandaya dönüşünə də münasibət bildirib.

83-cü dəqiqədə Kilian Mbappeni əvəzləyən və cəmi 1 dəqiqə sonra qarşılaşmada son nöqtəni qoyan “Lans”ın oyunçusu sevincini dilə gətirib:

“Azərbaycanla oyunda baş verənlər inanılmazdır. Milliyə qayıtmağı çoxdan arzulayırdım, amma bu cür dönüşü xəyal etmirdim.

Meydana girdikdən az sonra fərqləndim. Həmişə öz-özümə deyirdim ki, milliyə qayıtmaq imkanım olsa, hər şeyimi meydançada qoyacağam.

Belə də etdim. Həm qol vurduğum, həm də qələbə qazandığımız üçün ikiqat xoşbəxtəm. Bunun davamını gətirmək lazımdır”.

Fransa – Azərbaycan oyunu birincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti